Sumqayıt sakini 5 nəfərə pul “atıb”

Sumqayıt sakini 5 nəfərə pul “atıb”
  11 May 2019    Oxunub:1821
Dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini olan 5 nəfərin ümumilikdə 460 manat pullarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər oğurluq və dələduzluğa görə məhkum olunan S.Məmmədov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti