Yasamalda “Mercedes” və “Hyundai” yanıb

Yasamalda “Mercedes” və “Hyundai” yanıb
  12 May 2019    Oxunub:2075
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi, salonu və yaxınlıqda "Hyundai" markalı minik avtomobilinin arxa hissəsi qismən yanıb.

Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Maşın   Yanğın  





Xəbər lenti