Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

  13 May 2019    Oxunub : 496
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş E.Həziyevin “QAZ-3302” markalı avtomobilindən marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə E.Həziyevin Yeniqışlaq kəndi ərazisindəki şəxsi təsərrüfatında olan dəmir konstruksiyalı vaqondan isə 1 ədəd “F-1” markalı qumbara və 10 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.

Digər əməliyyat tədbirləri ilə Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakinləri N.Qardaşova məxsus həyətyanı sahədən 146 ədəd, N.Əmirova məxsus həyətyanı sahədən isə 11 ədəd kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edərək götürüblər. Faktlarla bağlı araşdırmalar aparılır.

Azvision.az

Teqlər: DİN   Narkotik