Ərinin pullarını xərcləyən qadın polisi aldatmaq istədi

 Ərinin pullarını xərcləyən qadın polisi aldatmaq istədi
  14 May 2019    Oxunub:2441
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini olan qadın mayın 11-də saat 10 radələrində evinə girmiş 2 maskalı şəxsin onu bıçaqla hədələyib oradan 5100 ABŞ dolları apardığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. 2-ci Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşları tərəfindən aparıan araşdırmalarla quldurluq barədə verilən məlumat təsdiqini tapmayıb.

Qadının pulu xərcləməsi və ərindən qorxduğu üçün polisə yalan məlumat verməsi müəyyən edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti