Axtarışda olan 17 nəfər tutulub - Kriminal xronika

  14 May 2019    Oxunub : 1000
 Axtarışda olan 17 nəfər tutulub - Kriminal xronika
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 16 cinayətin üstü “isti izlər”lə açılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Cinayət