Ödəmə terminalından pul oğurlayan şəxs tutuldu

  15 May 2019    Oxunub : 654
Ödəmə terminalından pul oğurlayan şəxs tutuldu
Cari il fevral ayının 13-də Salyan rayonu Kərimbəyli kəndində yerləşən mağazaların birində olan ödəmə terminalından 3894 manat pulun oğurlandığı, aprel ayının 1-də isə həmin mağazadan oxşar cinayət əməlinə cəhd edildiyi məlum olub.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, Salyan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin marketdə satıcı kimi işləyən rayonun Qarabağlı kənd sakini Elmir Məmmədov saxlanılıb.

Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib. E.Məmmədov pulu oğurladıqdan sonra terminalın kassasını gölməçəyə atdığını bildirib. Kassa oradan tapılaraq maddi sübut kimi götürülüb. Daha sonra saxlanılan şəxs Qırxçıraq kənd sakini Əflatun Vəliyevlə eyni əməli törətməyə cəhd etsələr də bu baş tutmayıb. Faktla bağlı Salyan RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   oğurluq