Bakıda maşın, Füzulidə mağaza yanıb

Bakıda maşın, Füzulidə mağaza yanıb
  16 May 2019    Oxunub:1620
Bakı şəhərinin Qaradağ rayonunda "Kia" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Füzuli rayonunun Bala Bəhmənli kəndində ümumi sahəsi 165 m² olan birmərtəbəli tikilinin (mağaza kimi fəaliyyət göstərir) içərisində 2 ədəd soyuducu yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 12 m² sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti