Gömrükçülər 57 mindən çox siqaret ələ keçirdi

  17 May 2019    Oxunub : 1057
Gömrükçülər 57 mindən çox siqaret ələ keçirdi
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinə üzərində yerli aksiz markası olmayan tütün məmulatlarının saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub.
Azvision.az Komitəyə istinadən xəbər verir ki, yaradılan əməliyyat qrupunun üzvləri "Ford Transit" markalı yük nəqliyyat vasitəsinin Binəqədi rayonu ərazisində yerləşən "Elit" ticarət mərkəzinin arxasında dayandığını müəyyən edib.

Baxış zamanı 16 ədəd sellofan torbalarda yerləşdirilmiş, üzərində yerli aksiz markası olmayan 40280 ədəd "King nano charge 4", 17200 ədəd "King nano charge 3" və 200 ədəd "King nano charge 1" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DGK