Maşın oğrusu narkotiklə tutuldu

  18 May 2019    Oxunub : 791
Maşın oğrusu narkotiklə tutuldu
Avtomobil qaçırmaqda şübhəli bilinən saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi Təhlükəsiz Şəhər Xidməti və Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 16-da rayon ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq etdiyinə və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunan Z.Həmidov saxlanılıb. Ondan 0,178 qram heroin götürülüb.

Azvision.az

Teqlər: DİN   Narkotik