Kişi keçmiş arvadını, qızını və daha 2 nəfəri bıçaqladı

Kişi keçmiş arvadını, qızını və daha 2 nəfəri bıçaqladı
  20 May 2019    Oxunub:3015
Mayın 20-də saat 3 radələrində Xəzər rayonunun Binə qəsəbəsi südçülük sovxozunun ərazisində kirayə yaşayan M.Rzayevanın evinə gəlmiş keçmiş əri, Astara rayon sakini, əvvəllər məhkum olunan Z.Rzayev münaqişə zəminində ona, qızı Samirəyə, habelə onlarla birgə yaşayan evin sahibi Q.Nəbiyevaya və orada olan Zirə qəsəbə sakini V.Əliyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, xəsarət alan həmin şəxslər xəstəxanaya yerləşdirilib, V.Əliyev ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Rzayev tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti