Astarada iki maşın toqquşub, bir nəfər ölüb

Astarada iki maşın toqquşub, bir nəfər ölüb
  20 May 2019    Oxunub:2173
Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində Şüvi kənd sakinləri M.Şamradovun idarə etdiyi “Mercedes” və Ş.Əsgərovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.
Azvision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində Ş.Əsgərovun sərnişini, həmkəndlisi Qadir Baxşiyev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Faktla bağlı Astara RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az




Teqlər: DİN   Qəza  





Xəbər lenti