Ölmüş heyvanın ətini əhaliyə satmaq istədilər

Ölmüş heyvanın ətini əhaliyə satmaq istədilər
  22 May 2019    Oxunub:1642
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Ağcabədi rayonu Xocavənd kəndində məskunlaşan Bəxtiyar Mahmudovun həyatyanı sahəsinə baxış keçirilib.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, baxış zamanı vətandaş Bəxtiyar Mahmudovun həyətyanı sahəsində satış məqsədi ilə aqoniya vəziyyətdə kəsilmiş bir baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyi müsadirə edilərək götürülüb və xüsusi soyuducu saxlanma kamerasına yerləşdirilib.

Həmçinin heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti