Sumqayıtda yanğın: 15 azyaşlı təxliyə edildi

Sumqayıtda yanğın:   15 azyaşlı təxliyə edildi
  22 May 2019    Oxunub:1954
Sumqayıt şəhərində uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binada yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, binanın birinci mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb, qalan hissəsi qarsalanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Sumqayıt  





Xəbər lenti