21 ölkədə Avropa Parlamentinə seçkilər keçirilir
Ümumilikdə Avropa İttifaqı ölkələrində 427 milyon səsvermə hüququna malik vətəndaş növbəti beş il müddətinə öz namizədlərini seçirlər. Səsvermənin nəticələri bu gün axşam saatlarında açıqlanacaq.
Avropa Parlamentinə növbəti müddət üçün (2019-2024) 751 deputat seçiləcək. Hər ölkədən deputatların sayı əhalinin sayına görə müəyyən edilib. Belə ki, ən çox deputat mandatı Almaniyada (96), ən az isə Kipr, Malta və Lüksemburqdadır. Bu ölkələrə cəmi 6 deputat yeri ayrılıb.
Azvision.az
Teqlər: Avropa-Parlamenti Seçki