Yardımlıda 2 mərtəbəli ev yanıb

Yardımlıda 2 mərtəbəli ev yanıb
  26 May 2019    Oxunub:2303
Yardımlı rayonunun Nisəqələ kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m² ) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 180 m² sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti