Sabirabadda iki mağaza, bir çay evi yanıb

Sabirabadda iki mağaza, bir çay evi yanıb
  27 May 2019    Oxunub:2129
Sabirabad rayonunda yanğın hadisəsi baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, bir dam altında tikilmiş, hər birinin sahəsi 30 m² olan 2 mağaza və çay evinin lambirindən ibarət tavanı 90 m² sahədə yanıb.

Hər iki mağazanın, çay evinin qalan hissəsi və bitişik digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti