Tanınmış mühəndis vəfat edib

Tanınmış mühəndis vəfat edib
  30 May 2019    Oxunub:5852
Azərbaycanın tanınmş mühəndisi Vidadi Mürsəlov dünyasını dəyişib.
Mürsəlov Vidadi İbrahim oğlu 19 mart 1958-ci ildə Kəlbəcər rayonu Zərqulu kəndində anadan olub. Ali təhsilin Azərbaycan Kənd Təsərrüfatı İnstitunda mühəndis-elektrik ixtisası üzrə alıb.

Müxtəlif vaxtlarda müxtəlif dövlət qurumlarında çalışıb. 1989-2001-ci illərdə "Azərenerji" İB, "Azərelektrikşəbəkətikinti" trestində Baş Mühəndis olub. 2001-ci ildən bəri "Azərenerji" İB, "Azərelektrikşəbəkətikinti" Açıq Səhimdar Cəmiyyətində İdarə Heyəti sədrinin I müavini, baş mühəndis kimi çalışırdı.

Çalışdığı müddət ərzində fəaliyyətində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin, doğmalarına səbr versin!




Teqlər:





Xəbər lenti