FHN iki qardaşın öldüyü qəza ilə bağlı məlumat yaydı

FHN iki qardaşın öldüyü qəza ilə bağlı məlumat yaydı
  01 İyun 2019    Oxunub:1645
Şamaxı rayonunda "VAZ" markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobili toqquşub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, qəza nəticəsində iki qardaş, Şamaxı rayonunun Quşçu kənd sakinləri İsmayılov Ramil və İsmayılov Rasim dünyasını dəyişib.

Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti