Bu günə 36 dərəcə isti gözlənilir

Bu günə 36 dərəcə isti gözlənilir
  02 İyun 2019    Oxunub:1721
Bu gün Bakıda və Abşeron yarımadasında hava günəşli keçəcək. Mülayim cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, Abşeron yarımadasında gecə 20-22° isti, gündüz 28-33° isti, Bakıda gecə 20-22° isti, gündüz 30-32° isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % olacaq.

Ryonlarda əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti təşkil edəcək.

Azvision.az



Teqlər: ETSN   Hava  





Xəbər lenti