Hövsanda dənizdən meyit tapılıb

Hövsanda dənizdən meyit tapılıb
  02 İyun 2019    Oxunub:2491
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin meyitinin (şəxsiyyəti dəqiqləşdirilir) sudan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti