Kürdəmirdə ağır qəza, ölən və yaralılar var

  04 İyun 2019    Oxunub : 888
Kürdəmirdə ağır qəza, ölən və yaralılar var
İyunun 3-də saat 13 radələrində Kürdəmir rayonunun Garıs Əyribənd kəndi ərazisində kənd sakini S.Mirzəyev idarə etdiyi “Renault” markalı avtomobillə yolun kənarında velosiped sürən, həmkəndlisi Ramin Nadirovu vurub və idarəetməni itirdiyindən yoldan çıxıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə velosipedçi hadisə yerində ölüb, S.Mirzəyev və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza