Bakıda kriminal avtoritet qətlə yetirilib - Yenilənib

  07 İyun 2019    Oxunub : 9127
 Bakıda kriminal avtoritet qətlə yetirilib - Yenilənib
Bakıda tapança ilə qətl törədərək hadisə yerindən qaçmaq istəyən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunun idarəetməsində olan 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobil Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.
Azvision.az APA-ya istinadən xəbər verir ki, müfəttişlər Murad Əzizli, Ramin Əsgərov və Mehdi Hacıyev Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Mərdan Əliyevin göstərişi əsasında yolda süni tıxac yaradaraq silahlı şəxslərin idarəetməsində olan avtomobilin qarşısını kəsiblər.

Qeyd edək ki, qətlə yetirilən Budaqlı Mübariz Mürsəl oğlundan başqa "Mercedes" markalı avtomobildə bir nəfər sərnişin də olub. Ancaq o, hadisədən sonra düşərək qaçıb.

Hazırda fakt üzrə rayon Prokurorluğunda araşdırma aparılır.

***
Bakının Binəqədi rayonunda silahlı insident baş verib.

Azvision.az -ın məlumatına görə, Mübariz Budaqlı adlı şəxs "Mercedes" markalı avtomobildə güllələnərək qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Qətlə yetirilən M.Budaqlının kriminal avtoritet olduğu bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Qətl   Bakı