Bakıdan Dehliyə birbaşa uçuşlar başlayır

Bakıdan Dehliyə birbaşa uçuşlar başlayır
  11 İyun 2019    Oxunub:2423
AZAL cari ilin 25 iyun tarixindən etibarən Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri - Dehliyə müntəzəm və çarter reysləri həyata keçirəcək.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, AZAL-ın reysləri həftədə bir dəfə - çərşənbə axşamı günləri ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə yerinə yetiriləcək.

Bu ilin payızından etibarən uçuşların sayı həftədə iki dəfəyə kimi artırılacaq. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən həyata keçiriləcək.

Azvision.az



Teqlər: Bakı   Dehli   Təyyarə   AZAL  





Xəbər lenti