Bakıda yanğın, bir nəfər tüstüdən zəhərlənib

  14 İyun 2019    Oxunub : 433
Bakıda yanğın, bir nəfər tüstüdən zəhərlənib
Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Azvision.az -ın FHN-nin saytına istinadən xəbərinə görə, binanın 9-cu mərtəbəsinin pilləkən qəfəsində 4 m² sahədə məişət tullantıları, 2 ədəd istifadəyə yararsız rəf, çardağın taxta atmaları 10 m² sahədə və texniki otaqda 15 p.m kabel yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın