Həmsədrlər bəyanat yaydı: Nazirlər yenidən görüşəcək

   Həmsədrlər bəyanat yaydı:    Nazirlər yenidən görüşəcək
  21 İyun 2019    Oxunub:2325
ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) iyunun 20-də Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan ilə keçirdikləri görüşlə bağlı birgə bəyanat yayıblar.
Azvision.az xəbər verir ki, bəyanatda XİN rəhbərləri ilə məsləhətləşmələr keçirildiyi bildirilib.

Qeyd olunub ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini vəzifəsini icra edən Filipp Rikeri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların gedişi barədə məlumatlandırılıb.

Bundan əlavə, həmsədrlər tərəfləri substantiv danışıqlara yardım edən sülh mühitinin bərpası üçün təxirəsalınmaz tədbirlər görmək, həmçinin atəşkəs rejiminə ciddi şəkildə riayət etməyə bağlılıqlarını təsdiq etməyi çağırıblar.

XİN rəhbərləri, həmçinin yaxın vaxtlarda həmsədrlərin vasitəçiliyi ilə növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.

Azvision.az



Teqlər: ATƏT   Həmsədr  





Xəbər lenti