“Sığorta bazarı tələblərə cavab vermir“ - Komitə sədri

  28 İyun 2019    Oxunub : 822
 “Sığorta bazarı tələblərə cavab vermir“ - Komitə sədri
"Bizim sığorta bazarımız iqtisadi inkişaf strategiyasının tələblərinə cavab vermir. Bu sahədə 100 milyard dolları keçməmişik. Lakin biz XX əsrin birinci on illiyində hədəflərə çata bilərdik. Bu sahədə hələ 1 faizə çatmamışıq".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Komitə sədri bildirib ki, sığorta bazarının göstəriciləri ilə inkişaf strategiyası arasında qırılmaz əlaqə olmalıdır: "Son 2 ildə sağlam qərarlar, qanunlar qəbul etmişik. Lakin əmlak vergisi daxil olmaqla əmlak sığortası aşağı səviyyədədir. Sığorta bazarında göstəricilərin aşağı olması maarifləndirici tədbirlərin qənaətbəxş olmaması ilə əlaqədardır".

Aytən Zəhra
Azvision.az

Teqlər: Sığorta   Deputat