Cəlilabadda 5 otaqlı ev yanıb

Cəlilabadda 5 otaqlı ev yanıb
  14 İyul 2019    Oxunub:1619
Cəlilabadda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Azvision.az -a verilən məlumata görə, rayonun Bədirli kəndində ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 68 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Cəlilabad   Yanğın  





Xəbər lenti