Şəkidə baş verən hadisədə xəsarət alan 4 nəfər Bakıya göndərilib

   Şəkidə baş verən hadisədə xəsarət alan 4 nəfər Bakıya göndərilib
  14 İyul 2019    Oxunub:2178
Şəkidə baş verən hadisə ilə bağlı Səhiyyə Nazirliyi növbəti dəfə məlumat yayıb.
Nazirlikdən Azvision.az -a bildiriblər ki, hadisə nəticəsində xəsarət alanların vəziyyəti nəzarətdə saxlanılır.

Qeyd olunub ki, İlkin Məmmədov (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasan (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Həsən (sol incik sümüyünün sınığı), Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı), helikopterlə KTM-ə göndəriliblər.

Xatirə Ağamalıyevanın isə (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) Təcili Tibbi Yardım avtomobili ilə travmatologiya institutuna aparılması müzakirə olunur.

Digər xəsarət alan Elxan Məmmədovun (onurğanın qapalı travması) Şəki MRX-da müalicəsi davam edir. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Siyahıda olan digər şəxslərə tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıblar.

Azvision.az


Teqlər: Şəki   XanSarayı   Çinar   Hadisə  





Xəbər lenti