Dənizə düşən şəxs xilas edilib

Dənizə düşən şəxs xilas edilib
  14 İyul 2019    Oxunub:1621
Sumqayıtda bir nəfər dənizə düşüb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, FHN-nin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində, Sumqayıt Dənizkənarı Bulvarı ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   dəniz   Sumqayıt  





Xəbər lenti