Deputatlar tətilə çıxdılar

   Deputatlar tətilə çıxdılar
  15 İyul 2019    Oxunub:2563
Milli Məclisin deputatları bu gündən tətilə çıxıblar.
Azvision.az xəbər verir ki, parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək.

Sentyabrın 15-dən Milli Məclisin komitələri fəaliyyətə başlayır. Payız sessiyası isə sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MilliMəclis   İclas  





Xəbər lenti