Bakıda 2 mağazada yanğın olub

Bakıda 2 mağazada yanğın olub
  15 İyul 2019    Oxunub:1662
Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 60 m² olan mağazada 4 ədəd vitrin soyuducusu və içərisindəki ərzaq malları yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Həmçinin, paytaxtın Qaradağ rayonunda ümumi sahəsi 40 m² olan mağazada elektrik tənzimləyici qurğu yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan 10 m² sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az







Teqlər: Mağaza   Yanğın  





Xəbər lenti