İran Ermənistanla hərbi sahədə əməkdaşlıq etmir - Səfirlik

   İran Ermənistanla hərbi sahədə əməkdaşlıq etmir -    Səfirlik
  18 İyul 2019    Oxunub:2154
Son günlər Azərbaycan Respublikasının bəzi xəbər portallarında İranla Ermənistan arasında hərbi-texniki əməkdaşlığa dair yayılmış xəbərlər əsassızdır.
Bu barədə Azvision.az -a İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyindən məlumat verilib.

Səfirlik iki dost və qonşu ölkə arasında inkişafda olan əməkdaşlığın zəruriliyi və qorunmasına təkid edərək bildirib ki, İran İslam Respublikası hər zaman Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Eyni halda regional sülh və sabitliyə xələl yetirə biləcək hər hansı bir addımı pisləyir.

Azvision.az


Teqlər: İran   Səfrilik  





Xəbər lenti