Barmağında dəmir halqa qalan şəxsə yardım edildi

  19 İyul 2019    Oxunub : 768
Barmağında dəmir halqa qalan şəxsə yardım edildi
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.

Azvision.az


Teqlər: FHN   Xilasetmə