Bakıda avtobusun iştirakı ilə zəncirvari qəza

  09 Avqust 2019    Oxunub : 1253
 Bakıda avtobusun iştirakı ilə zəncirvari qəza
Paytaxtın Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

İlkin ehtimala görə, qəza işıqforun qırmızı işığının tələbini pozan minik avtomobilinin 3 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun qarşısına çıxması səbəbindən baş verib. Qəza nəticəsində sərnişin avtobusunda xəsarət alan olmayıb.

Azvision.az

Teqlər: BNA   Qəza