Azərbaycanda tanınmış alim vəfat edib

   Azərbaycanda tanınmış alim vəfat edib
  17 Avqust 2019    Oxunub:2072
BDU-nun professoru, tanınmış alim, ədəbiyyatşünas, tənqidçi və tərcüməçi Pənah Xəlilov vəfat edib.
Azvision.az xəbər verir ki, uzun müddət xəstəlikdən əziyyət çəkən professor 94 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Pənah Xəlilov 1925-ci il iyulun 1-də Gürcüstanın Borçalı rayonunun Sadaxlı kəndində ziyalı ailəsində anadan olub. O ADU-nun filologiya fakültəsini bitirib (1943-1948), orada Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı (1948-1951), sonra həmin kafedrada baş müəllim, dosent (1951-1969), SSRİ xalqları ədəbiyyatı tarixi kafedrasının müdiri (1969-1989) olub.

"Azərbaycan sovet ədəbiyyatı tarixi" (üç cilddə) və "Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri" (rusca) kitablarının müəlliflərindən biridir.

1948-ci ildə Bakı Dövlət Universitetini bitirən Pənah Xəlilov ömrünün 75 ilini bu ali təhsil ocağına həsr edib.

Azvision.az


Teqlər: Alim   Professor   BDU   Pənah-Xəlilov  





Xəbər lenti