383,6 min nəfərə sosial müavinət təyin olunub

  19 Avqust 2019    Oxunub : 738
 383,6 min nəfərə sosial müavinət təyin olunub
2019-cu il iyulun 1-i vəziyyətinə görə, 383,6 min nəfərə sosial müavinətlər təyin olunub.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yaşa görə müavinət alanların sayı 68,0 min nəfər, əlilliyə görə - 173,0 min nəfər, ailə başçısını itirməyə görə - 47,1 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 66,1 min nəfər olub.

Əmək pensiyası almaq hüququ olmayan 1,6 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 286 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilib, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 9,0 min ailəsinə 16,1 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 1294 nəfər bir yaşınadək uşağı olan 1269 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,7 min qadına 9,0 min uşaq üçün sosial müavinət verilib.

Azvision.az

Teqlər: Statistika   Müavinət