Türkiyənin hərbi karvanına hücum: 3 ölü, 12 yaralı (Yenilənib)

  19 Avqust 2019    Oxunub : 1642
Türkiyənin hərbi karvanına hücum: 3 ölü, 12 yaralı (Yenilənib)
Suriya Hərbi Hava Qüvvələrinin İdlib əyalətində Türkiyənin hərbi karvanına hücumu nəticəsndə 3 nəfər ölüb.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, dünyasını dəyişənlər mülki vətəndaşlardır. Daha 12 nəfər yaralanıb.

***
(14:54)

Suriya Hərbi Hava Qüvvələri İdlib əyalətində Türkiyənin hərbi karvanına hücum edib.

Azvision.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb. Bildirilib ki, hərbçilərə hücum de-eskalasiya zonasına nəzarət etmək üçün Xan Şeyxun bölgəsinə doğru hərəkət edən zaman baş verib. Yaralılar barədə məlumat verilmir.

Suriyanın Xarici İşlər Nazirliyinin açıqlamasında isə qeyd olunub ki, Türkiyə qoşunları Suriyanın şimalındakı Sarakib şəhərinə daxil olub və zirehli texnikalar Xan-Şeyhun şəhəri istiqamətində hərəkət edir.

Silahlı qruplaşmaların nəzarət etdiyi Xan-Şeyhun şəhərinin Suriya ordusu tərəfindən mühasirəyə alındığı deyilir.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Suriya   Türkiyə