Kənd təsərrüfatı texnikalarının istehsalına ƏDV tutulmayacaq

Kənd təsərrüfatı texnikalarının istehsalına ƏDV tutulmayacaq
  28 Avqust 2019    Oxunub:1353
Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Sənədə əsasən Vergi Məcəlləsinin 164.1.34-cü maddəsində “idxalı və satışı” sözləri “, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı” sözləri ilə əvəz edilir.

Bu dəyişikliklə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Azvision.az



Teqlər: Vergi  





Xəbər lenti