Budapeştdə Türk Şurasının nümayəndəliyi açılıb

Qeyd olunub ki, Macarıstanla Türk Şurasına üzv dövlətlər arasında əməkdaşlıq geniş spektr üzrə uğurla inkişaf etdirilir. Biz əminik ki, nümayəndəlik, bu əməkdaşlığı növbəti səviyyəyə yüksəltmək üçün bir mərkəz kimi xidmət göstərəcək, habelə Türk Şurasının Macarıstanla əlaqələrinin genişləndirilməsinə və Avropa təsisatları və Avropa İttifaqı ilə bağların möhkəmləndirilməsinə imkanlar yaradacaq. Macarıstanın Türk əməkdaşlıq təşkilatları ilə daha sıx münasibətlər qurmaq niyyətini təqdirəlayiq hal hesab edirik və bu niyyət özünü bugünkü gündə açıq şəkildə nümayiş etdirir.
“Məlum olduğu kimi, Türk Şurasının 7-ci Zirvəsi cari il oktyabrın 15-də Bakıda keçiriləcək və bu hadisəyə ev sahibliyi edəcəyimizdən xüsusi şərəf duyuruq. Biz bu toplantını Türk Şurasının təsis sənədi olan Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf etdiyi üçün xüsusi Zirvə görüşü hesab edirik. Özbəkistanın bu Zirvə görüşündə Türk Şurasının tam hüquqlu üzvü kimi təmsil olunması təşkilatın tarixində növbəti mühüm hadisədir. Biz, həmçinin Macarıstanın Baş naziri Viktor Orbanı Azərbaycanda görməkdən məmnun olacağıq və bu Baş nazirin Türk Şurasının zirvə görüşlərində ikinci iştirakı olacaq”,- deyə nazir vurğulayıb.
Elmar Məmmədyarov qeyd edib ki, Budapeştdə nümayəndəliyin açılması Türk Şurasının fəaliyyətinə müsbət təsir göstərəcək, təşkilatın gələcək inkişafına töhfə verəcək və üzv dövlətlər ilə Macarıstan arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün unikal fürsət təqdim edəcək.
Azvision.az