“Profilim oğurlanmayıb, dediklərim doğrudur” - Fuad Qəhrəmanlının qızı (VİDEO)

  19 Sentyabr 2019    Oxunub : 4689
 “Profilim oğurlanmayıb, dediklərim doğrudur” - Fuad Qəhrəmanlının qızı (VİDEO)
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur "Facebook" hesabında atası ilə bağlı yaydığı məlumatın doğru olduğunu bildirib.

Azvision.az xəbər verir ki, Selcan atasının yalanını üzə çıxarıb və profilinin oğurlanmadığını deyib.
"Danışmağa çox ağır mövzudur. Mən səhv bir şey etməmişəm. Sadəcə demək istəyirəm ki, profilim oğurlanmayıb, mənə hakimiyyətin təzyiqi olmayıb. Dedimlərim doğrudur".



Qeyd edək ki, Selcan Yağmur "Facebook" səhifəsində atası barədə sensasion faktlar açıqlayıb. Ailədə zorakılığa məruz qaldığını deyən gənc qız atasından imtina etdiyini bəyan edib.



"Fuad Qəhrəmanlının evində qızının dizini, arvadının barmaqlarını sındırmış, şiddətin xüsusi sadist növünü tətbiq edən bir cani olduğunu demək, mənə elə gəlir ki, sosial borcdur" - S.Yağmur yazıb.

Onun bu statusundan sonra F.Qəhrəmanlı açıqlama verərək guya qızının profilinin oğurlandığını deməklə vəziyyətdən çıxmağa çalışıb. Daha sonra məlum olub ki, AXCP funksionerinin dedikləri yalandır, profil oğurlanmayıb.

Bundan başqa, həyat yoldaşı Zümrüd Yağmurun ondan boşanmaq üçün məhkəməyə müraciət etdiyi üzə çıxıb. Belə ki, qəhrəmanlı Zümrüd İsrafil qızı cari ilin avqustun 1-də nigahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon məhəkəməsində iddia qaldırıb. Mülki iş hakim Elman Məmmədovun icraatına verilib.

Azvision.az

Teqlər: FuadQəhrəmanlı