​Məmmədyarov erməni nazirlə Nyu-Yorkda görüşəcək - Vaxt açıqlandı

  20 Sentyabr 2019    Oxunub : 1778
​Məmmədyarov erməni nazirlə Nyu-Yorkda görüşəcək - Vaxt açıqlandı
Cari ilin 22 sentyabr tarixində Nyu-York şəhərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.
XİN-in Mətbuat xidməti idarəsindən Azvision.az -a verilən məlumata görə, ertəsi gün, 23 sentyabr tarixində Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.

Azvision.az

Teqlər: XİN   Məmmədyarov