Artur Rasizadə baş planı təsdiq etdi

Artur Rasizadə baş planı təsdiq etdi
  09 Dekabr 2013    Oxunub:1030
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə "Ümumi və baş planların monitorinqinin predmeti və həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, sərəncama əsasən, "Ümumi və baş planların monitorinqinin predmeti və həyata keçirilməsi Qaydası" təsdiq edilib.

Ümumi və baş planların monitorinqinin predmeti və həyata keçirilməsi qaydasına əsasən, ümumi və baş planların həyata keçirilməsi monitorinqini respublika səviyyəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra - Komitə), Naxçıvan Muxtar Respub-likası səviyyəsində Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi keçirir.

Ümumi və baş planların monitorinqinin həyata keçirilməsinin predmeti və məqsədi Azərbaycan Respublikasının ərazisində istehsal qüvvələrinin inkişafının kompleks proqnozu və yerləşdirilməsindən, ətraf mühitin ekoloji vəziyyəti və bütövlükdə respublikada şəhərsalmanın inkişafının təmin olunması baxımından yaşayış məskənlərinin mövcud qarşılıqlı əlaqələri nəzərə alınmaqla, ümumrespublika və regionlararası mühəndis-nəqliyyat infrastrukturlarının, təhlükəsiz və sağlam yaşayış mühitinin formalaşdırılmasından, yaşayış məskənləri sistemlərinin dayanıqlı inkişafının, demoqrafik proseslərin proqnozlaşdırılmasının, respublika ərazisində məskunlaşmanın təkmilləşdirilməsinin əsas istiqamətlərinin müəyyən edilməsindən, şəhərlərin (qəsəbələrin) ərazi inkişafının istiqamətləri və sərhədlərinin və ərazilərin funksional təyinatı və tikinti zonalaşdırılmasından, ümumşəhər (ümumqəsəbə) əhəmiyyətli obyektlərin yerləşdirilməsi, nəqliyyat xidməti, mühəndis təminatı və abadlaşdırma, ərazinin təhlükəli ekzogen və texnogen proseslərdən mühafizəsindən, tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması istiqamətlərində həyata keçirilmiş tədbirlərin icra vəziyyətinin araşdırılmasından və qeyd olunan sahə üzrə hazırlanmış normativ hüquqi aktların tələblərinə necə əməl olunmasının müəyyənləşdirilməsindən ibarətdir.

Ümumi və baş planların həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edildikdən sonra Komitənin əməkdaşlarından və layihə müəlliflərindən ibarət komissiya ümumi planların həyata keçirilməsinin monitorinqini ən azı 10 (on) ildən bir, baş planların həyata keçirilməsinin monitorinqini isə 5 (beş) ildən bir aparır.

Monitorinq zamanı aşağıdakı göstəricilər qiymətləndirilir:
Azərbaycan Respublikasının ərazisində və ərazi hissələrində tarazlaşdırılmış sosial, iqtisadi, ekoloji və mədəni şəraitin yaradılması və inkişafı;
insan üçün əlverişli, sağlam və təhlükəsiz yaşayış, iş və istirahət mühitinin yaradılması ilə bağlı ümumi tələblərin təmin olunması;
Azərbaycan Respublikasının ayrı-ayrı ərazilərinin səciyyəvi xüsusiyyətlərinin (tarixi, mədəni, ekoloji və s.) qorunub saxlanılması;
Azərbaycan Respublikasının ərazisində və yaşayış məntəqə-lərində müvafiq infrastrukturun yaradılması və inkişafı, infrastruktur obyektlərinin hamı üçün müyəssər (əlçatan) olmasının təmin edilməsi;
Azərbaycan Respublikasının ərazi hissələrində uzunmüddətli rəqabətədavamlı və məkan baxımından tarazlaşdırılmış iqtisadi infra-strukturun, iş və təhsil yerlərinin yaradılması;
tarixi və təbii landşaftın qorunması və inkişaf etdirilməsi;
ərazilərdən (və ya ərazi hissələrindən) ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik tələbləri nəzərə alınmaqla istifadə olunması;
mədəni irs obyektlərinin qorunması, milli (yerli) memarlıq-tikinti ənənələrindən, landşaft və ya məkan görünüşündən səmərəli istifadə ilə bağlı tələblərin təmin olunması;
ətraf mühitin mühafizəsi ilə bağlı tələblərin (aspektlərin), xüsusən fauna və floraya, torpağa, suya, havaya, iqlimə, eləcə də əhaliyə və mədəni irs obyektlərinə təsirlərlə bağlı maraqların təmin olunması;
kənd və meşə təsərrüfatı, enerji və su təchizatı, kanalizasiya və tullantıların atılması, poçt və telekommunikasiya, habelə faydalı qazıntı yataqları ilə bağlı iqtisadi maraqların təmin olunması;
insanların və əmtəələrin daşınması (yaxın məsafələrə daşımaları həyata keçirən ictimai nəqliyyat da daxil olmaqla), o cümlədən insanların hərəkət çevikliyi ilə bağlı tələblərin təmin olunması;
təbiət hadisələrindən mühafizə ilə bağlı tələblərin təmin olunması;
müdafiə və mülki müdafiə ilə bağlı tələblərin təmin olunması.
Ümumi və baş planların monitorinqi nəticəsində komissiya tərəfindən tərtib olunmuş arayış müvafiq tədbirlərin görülməsi üçün Komitəyə təqdim edilir.
Təqdim edilmiş arayışa əsasən ümumi və baş planlarda və yaxud onların icrası ilə bağlı tədbirlər planında hər hansı bir dəyişiklik aparılmasına ehtiyac olarsa, o zaman Komitə tərəfindən yeni təkliflər hazırlanaraq ictimaiyyətin etiraz və təklifləri nəzərə alınmaqla, eləcə də aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla, müvafiq qərar qəbul olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

Komitə tərəfindən təqdim olunmuş təkliflər Azərbaycan Respublikasının Nazirlər Kabinetində razılaşdırıldıqdan sonra ümumi və baş planlarda və onların icrası ilə bağlı tədbirlər planında müvafiq dəyişikliklər aparılır və təsdiq edilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti