Məmmədyarov küveytli həmkarı ilə görüşüb
Xüsusilə turizm sahəsində son zamanlar artmaqda olan əməkdaşlığın Azərbaycan və Küveyt arasında münasibətlərin daha da inkişafına töhfə verdiyi qeyd olunub.
Tərəflər Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Zirvə görüşü və Azərbaycanın Hərəkata sədrliyi məsələsini müzakirə ediblər.
Görüşdə, həmçinin regional təhlükəsizlik məsələləri və digər qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Azvision.az
Teqlər: XİN Məmmədyarov Küveyt