Göygöldə 5 otaqlı ev yanıb

  04 Oktyabr 2019    Oxunub : 815
Göygöldə 5 otaqlı ev yanıb
Göygöl rayonunun Bəhrambağ qəsəbəsində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 220 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 50 m² olan talvar yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın