Fədayə Laçın: “Məni sevənləri çox üzdüm” - VİDEO

  29 Oktyabr 2019    Oxunub : 2806
 Fədayə Laçın: “Məni sevənləri çox üzdüm” - VİDEO
"Xoşbəxtəm ki, ailəmin yanındayam. Bundan sonra da sənətimi davam etdirəcəyəm. İki il idi ki, həbsdəydim və oxumaq üçün ürəyim partlayırdı".

Azvision.az xəbər verir ki, bunu bu gün Bakı İstintaq Təcridxanasından azadlığa buraxılan müğənni Fədayə Laçın deyib.
Müğənni bildirib ki, həbsdə olanda daha çox əzizlərini, ailəsini və dostlarını görmək istəyib: "Sənət dostlarımın hamısı ilə münasibətim yaxşı olub. Yanıma gəlməyə icazə verilmirdi. O baxımdan gəlməyiblər. Gəlməyə can atarlar, inanmıram ki, belə bir istəkləri olmasın. Həftədə bir dəfə ailəmlə görüşə icazə verilirdi. Ailəm deyirdi ki, sənət dostlarımdan gəlmək istəyənlər var, amma görüşə icazə yox idi. Sənət yoldaşlarım ailəmə dəstək olub, hamısından razıyam. Məni sevənləri çox üzdüm. Söz verirəm ki, bir daha onları üzməyəcəyəm".



Azvision.az

Teqlər: Müğənni   FədayəLaçın