Azərbaycana gələn amerikalı turistlərin sayı artıb

 Azərbaycana gələn amerikalı turistlərin sayı artıb
  30 Oktyabr 2019    Oxunub:1474
Azərbaycana səfər edən amerikalı turistlərin sayı artıb.
Dövlət Turizm Agentliyindən Azvision.az -a verilən məlumata görə, bu barədə Agentliyin sədri Fuad Nağıyev ABŞ-ın yəhudi icmasını təmsil edən media nümayəndələri, turizm şirkətlərinin təmsilçiləri və sahibkarlardan ibarət heyətlə görüş zamanı bildirib.

Onun sözlərinə görə, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən ABŞ-lı turistlərin sayı 15 min nəfər təşkil edib.

“Bu da ötən ilin eyni dövrünə nisbətdə 8% artım deməkdir”, - deyə F. Nağıyev qeyd edib.

Azvision.az



Teqlər: Turist   Agentlik  





Xəbər lenti