İsmayıllıda ağır yol qəzası: Ölən və yaralılar var

  01 Noyabr 2019    Oxunub : 1963
İsmayıllıda ağır yol qəzası: Ölən və yaralılar var
Bu gün səhər saatlarında İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az -ın məlumatına görə, hadisə rayonun Xanagah kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan nəqliyyat vasitəsi idarəetməni itirərək çaya düşüb. Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Rüstəm İsmayılov
Azvision.az

Teqlər: Qəza   İsmayıllı   Kənd