Məmmədyarov Fransanın yeni səfirini qəbul edib

  25 Noyabr 2019    Oxunub : 672
Məmmədyarov Fransanın yeni səfirini qəbul edib
Xarici İşlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycana yeni təyin olunan səfiri Zakari Qrosu qəbul edib.
XİN-dən Azvision.az -a verilən məlumata görə, nazir Elmar Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, elm-təhsil, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Səfir Zakari Qros diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir Zakari Qrosa diplomatik fəaliyyətində uğurlar arzu edib.

Azvision.az

Teqlər: XİN   Fransa