Qonşu ölkələrlə ortaq gömrük-keçid məntəqələri yaradılır

  26 Noyabr 2019    Oxunub : 1303
Qonşu ölkələrlə ortaq gömrük-keçid məntəqələri yaradılır
Azərbaycan Dövlət Gömrük Komitəsi ortaq gömrük-keçid məntəqələrin yaradılması ilə bağlı həm Gürcüstan, həm də digər ölkələrlə danışıqlar aparır.
Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, hazırda Gürcüstan tərəfi ilə Böyük Kəsik dəmir yolu xəttinin yanında həm sərnişinlərin, həm də nəqliyyat vasitələrinin, eyni zamanda dəmir yolu xəttinin birgə işlədilməsi ilə bağlı layihə üzərində razılıq əldə olunub.

"Gömrükdaxili prosedurlarla bağlı məsələ uzanır. Hesab edirik ki, bu cür məntəqələrin qurulması düzgün yanaşmadır",- deyə S.Mehdiyev qeyd edib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Gömrük   Səfər-Mehdiyev