Müdafiə Nazirliyi: “Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır”

  26 Noyabr 2019    Oxunub : 2343
 Müdafiə Nazirliyi: “Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır”
Ermənistan tərəfinin guya Azərbaycan Ordusu bölmələrinin cəbhənin Ağdərə istiqamətində təxribat törətmək cəhdi barədə yaydığı məlumat yalandır, əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Görünür, son zamanlar cəbhə xəttində mövcud sabit vəziyyət Ermənistanın hərbi-siyasi rəhbərliyini qane etmir və bu cür məlumatları yaymaqla erməni xalqının diqqətini öz ölkəsində mövcud olan problemlərdən yayındırmağa çalışır. Digər tərəfdən isə həmişə olduğu kimi Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır", - deyə məlumatda qeyd olunub.

Azvision.az

Teqlər: Müdafiə-Nazirliyi